Güclü külək ağacı maşının üzərinə aşırdı - sürücü yaralandı (Video)

17 İyun 2017 15:11 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, şəhər sakini Rəvan Əliyev avtomobili ilə adıçəkilən ərazidən keçərkən, kökündən qopan nəhəng ağac avtomobilin üzərinə aşıb.

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Ətrafdakılar dərhal köməksiz qalan 30 yaşlı şəhər sakinini yararsız vəziyyətdə olan maşından çıxarıblar. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Baş verənlərə səbəb isə qəfil qopan külək olub.

Adıçəkilən ünvanda yaşayan sakinlərin sözlərinə görə, belə hadisələr ərazidə tez-tez təkararlanır. Binaların yaxınlığında ömrünü başa vuran irigövdəli ağaclar çoxluq təşkil edir. Külək əsən zaman isə onlar tab gətirmədən aşaraq müəyyən problemlərə yol açırlar.