Millimiz Ermənistanı məğlub etdi

17 İyun 2017 15:21 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb.

Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qalib gəlib. Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.