Toyda kütləvi dava - Yaralananlar var

18 İyun 2017 10:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində toy mərasimi zamanı, sərxoş gənclər arasında qeydə alınıb.

Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.