Bu gün Fransada seçkilərdir

18 İyun 2017 11:00 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransada parlament seçkiləri majoritar sistem üzrə keçirilir. Deputatlar 577 birmandatlı dairədən seçilir.

İyunun 11-də parlament seçkilərinin birinci turunda Emmanuel Makronun partiyası və onun müttəfiqi "Demokratik Hərəkat" partiyası 32,3% səs çoxluğu ilə qalib gəlmişdi. Respublika Partiyası 15,8 faiz, Maria Le Penin Milli Cəbhə Partiyası 13,2 faiz səs toplamışdı.