Ağır yol qəzası - Bir ailənin 4 üzvü yaralandı

19 İyun 2017 10:36 (UTC+04:00)

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az