Çobanı arvadı öldürməyibmiş - DİN-dən açıqlama

19 İyun 2017 11:52 (UTC+04:00)

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.