Satıcılar bazarı qana boyadı - Bakıda

19 İyun 2017 13:51 (UTC+04:00)

Lent.az xəbər verir ki, Suraxanı rayonunda yerləşən bazarda satıcı kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Məlum olub ki, Ş.Məmmədovu bazarda satıcı kimi işləyən 29 yaşlı Elnur Hacıyev bıçaqlayıb və o saxlanılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az