Vaşinqton Post: “İran və Hizbullah Suriyada şəbəkə qurur“

11 Fevral 2013 21:18 (UTC+04:00)

"Vaşinqton Post" qəzetinin yazdığına görə, İran və Livanın Hizbullah qrupu prezident Bəşar Əl-Əsəd hökuməti dağılarsa, öz maraqlarını qorumaq üçün Suriyada silahlı qruplaşma şəbəkəsi yaradır.
Məlumatda adları açıqlanmayan ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən, ilk hədəfin üç ilə yaxınlaşan vətəndaş müharibəsində üsyançı qüvvələrə qarşı döyüşən Əsədin hərbi qüvvələrini dəstəkləməkdir.

Rəsmilər deyir ki, hökumət dağılarsa, qrupun əslində uzunmüddətli hədəfi Suriyada etibarını saxlamaqdır.
Hizbullah və İran rəsmiləri məlumata münasibət bildirməyib.
Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, 2011-ci ilin mart ayından davam edən münaqişədə 60 000-dən çox insan həlak olub./azadlıq.az/