Portuqliyada yanğınlar davam edir- 65 nəfər ölüb

20 İyun 2017 10:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Pedroqan-Qrandi qəsəbəsində baş verən yanğınların sonuncu qurbanı 40 yaşlı yanğınsöndürən olub. İndiyə qədər 130-dan çox insan yanğından xəsarət alıb.

Yanğının baş verdiyi rayonda tempraturun yüksək olması və güclü küləklər alovun daha geniş bölgəyə yayılması riskini artırır. Hazırda bölgədə havanın tempraturu 38 dərəcəyə çatır.

Hökumət yanğınla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Bəxtiyar Abbasov

AzNews.az