ABŞ qırıcısı İrana məxsus dronu vurdu

21 İyun 2017 09:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dron Suriya hökumətini dəstəkləyən qüvvələr tərəfindən idarə olunub.

Pentaqonun məlumatına görə, dronun silahla təchiz olunduğu ehtimal edilib və koalisiya qüvvələrinə qarşı təhlükə törətdiyi üçün vurulub.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, hadisə bölgədə “terror mühitini daha da mürəkkəbləşdirib”.

ABŞ qırıcısı ötən gün Suriyaya məxsux hərbi təyyarəni vurub. Rəsmi Moskva hadisədən dərhal sonra Suriya səmasında təhlükəsizliyə dair ABŞ-la əldə olunan razılaşmanı dayandırdı.

Bəxtiyar Abbasov

AzNews.az