Sükan arxasında öldü

21 İyun 2017 15:21 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.

Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K. Nurullayev dünyasını dəyişib.

AzNews.az