Bayram namazının vaxtı açıqlandı

21 İyun 2017 15:49 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.

AzNews.az