Moldova prezidenti Bakıya gəlir

21 İyun 2017 17:59 (UTC+04:00)

Bu barədə APA-ya Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya, Qaqauz Yeri başqanı İrina Vlax və digər şəxslər daxildir.

Səfər zamanı Moldova lideri Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, bir sıra digər görüşlər keçirəcək.

Səfər iyunun 23-də başa çatacaq.

AzNews.az