Türklər qadın müğənnimizə nə təklif ediblər?

12 Fevral 2013 10:17 (UTC+04:00)


Müğənni İlahə İbadovanın mahnıları Türkiyənin musiqi şirkətlərində hazırlıq prosesi keçir.

Bu barədə AzNews.az-a danışan müğənni bildirib ki, son günlər onun yeni ifalarını eşidən bir neçə şirkət yeni layihəsində onu gördüyünü bildirib və ona təklifini göndərib:

"Bir neçə janrda albom buraxıb, onu dünyaya yaymağı planlaşdıran şirkətlərdən biri, say-seçmə iştirakçılar arasında mənim də səsimin yazılmasını istəyib. Bu təklifi qəbul edəcəyim təqdirdə, şirkətin daha bir neçə layihəsində də yer alacağam. Bu təklifi hazırda incələyirəm. Səsimin alboma azərbaycanlı ifaçı kimi salınmasına çalışıram. Həm müasir, həm də milli mahnılar oxuyacağam".
İ.İbdaova onu da qeyd edib ki, Türkiyədən əməkdaşlıq təklifləri bir neçə dəfə olub. Amma şirkətlərlə çalışmağın riskli olduğunu deyib:
"Biz türklərin musiqiçilərini, hətta şirkətlərini tanımırıq. Hansısa kağıza qol çəkmək, bəzən, risk tələb edir. Ona görə, atacağım addımı yüz ölçürəm".

Fuad Mədətov
AzNews.az