İqor Dodonun rəsmi qarşılanma mərasimi - Fotolar

22 İyun 2017 10:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər.