Əli Mirəliyev Canəli Əkbərova sataşdı: “Qoca kişidi, şellənib də...”

12 Fevral 2013 11:30 (UTC+04:00)
Xalq artisti Canəli Əkbərovun internet portallarında yayılan video görüntüsü sənət adamları tərəfindən birmənalı qarşılanmayıb. Xatırladaq ki, sözügedən videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir.

Müğənni Əli Mirəliyev bunula bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, sevgi, istək olan yerdə nə xalq artisti fəxri adı, nə professor, nə də şöhrət ordeni yada düşür:

"Bunun nə xalq artistliyinə dəxili var, nə də professorluğa. Qoca kişidir, özü üçün sellənib də. Haradan bilsin ki, onu çəkirlər. Görünür, bir balaca dincəlmək istəyib. Ay qız "buramı ovuşdur, oxay...". Nə var axı burada? Yaşlı adamdır, qız da əlini ona vurduqca gəncliyini yadına salır. Görmürsünüz, əlindən bir iş gəlmir. Əlindən bir iş gələn kişi.... məktəbdə belə hərəkət etməz. Canəli sadəcə o, qızdan ilham alıb, vəssalam".

Arzu
AzNews.az