İşdən gələn atasını qarşılayan oğlanı ilan sancdı - Video

22 İyun 2017 17:37 (UTC+04:00)

ARB TV xəbər verir ki, gecə saatlarında evə gələn atasını qarşılamaq üçün həyətə düşən Elnur Ağabalayevi elə bu zaman ayağından ilan sancıb. Onu dərhal Şəki RMX-ya gətiriblər.

Müayinələr zamanı məlum olub ki, sürünən gəncin sol ayağının baş barmağından sancıb.

Lazımi tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Elnur Ağabalayev (zərərçəkən): "Axşam atam işdən gələndə qabağına çıxdım, qaranlıq idi. Xəbərim olmadı, ilan sancdı".

AzNews.az