İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

22 İyun 2017 18:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".