Sabah Bakının bu hissələrində qaz olmayacaq

22 İyun 2017 19:54 (UTC+04:00)

AzNews.az “Azəriqaz” İB -yə istinadən xəbər verir ki, görülən işlər zamanı Yasamal,Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.