Qızıl bahalaşdı

23 İyun 2017 09:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 21 397,29 bəndədək, S&P 500 0,05% - 2 434,50 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,04% - 6 236,68 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% - 7 439,29 bəndədək azalıb, Almaniya DAX-ı 0,15% - 12 794,00 bəndədək, Fransa CAC-40-ı isə 0,15% - 5 281,93 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,50 dollar bahalaşaraq 1 252,90 dollara, gümüş isə 0,08 dollar bahalaşaraq 16,66 dollara satılıb.

AzNews.az