Dənizkənarı Milli Parkda Formula 1 əyləncəsi - Fotolar

23 İyun 2017 13:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sürət və adrenalin sevərlər həm yarışlar vaxtı, həm də yarışlar arası fasilələrdə bulvar ərazisində istirahət edə bilər.

Həmçinin şəhərimizin qonaqları milli mədəniyyətimizlə tanış ola, yerli sənətkarların əl işlərinə baxa, hazırlanması prosesində iştirak edə bilərlər.

Həmçinin, günün müxtəlif vaxtlarında sevimli pilotları ilə avtoqraf sessiyası vaxtı şəkil çəkdirə, avtoqraf götürə, ünsiyyət qura bilərlər.

Axşam saat 20:00-dan etibarən yerli ifaçılarla yanaşı, çoxdan gözlənilən Türkiyənin meqastarı Tarkanın konserti də baş tutacaq.

Fəridə Abdullayeva

AzNews.az