Formula 1 ilk sərbəst yürüşdə ilk qəza

23 İyun 2017 14:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qala ətrafında şəhər trekində ən dar, yəni 8-ci döngədə Force India komandasının pilotu Serxio Perez qəza törətdi.

Döngəyə daxil olarlən onun ön sağ təkəri divara çırpıldı.

Hazırda sessiya dayandırılıb. Qırmızı bayraqlar qaldırılıb. Həmin ərazidə bolidin daşınması və yolun təmizlənməsi prosesi aparılır.

Red Flag! Checo is in the barriers at turn 8. He radioed in to say he is unhurt. #AzerbaijanGP

— Sahara Force India (@ForceIndiaF1) June 23, 2017

Fəridə Abdullayeva

AzNews.az