11 yaşlı uşaq çaya düşərək boğuldu

23 İyun 2017 16:47 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub.

Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.

AzNews.az