Peykimiz pul gətirəcək

12 Fevral 2013 13:00 (UTC+04:00)


Bunu keçirdiyi mətbuat konfransında "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

ASC sədrinin sözlərinə görə, hazırda daha çox satış imkanlarının müəyyən edilməsi məqsədi ilə beynəlxalq sərgi və konfranslarda iştirak edir, danışıqlar aparılır: "Azərbaycan ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakterli daşıyır. Peyk tutumlarının 40 faizi artıq uzun müddətli icarə əsasında Malayziyanın peyk operatoru olan "MESAT" şirkətinə satılıb və may ayından Azərbaycana icarə haqqı ödənməyə başlayacaq", - deyə Nəbiyev bildirib.

AzNews.az