Ticarət mərkəzində intihar - 17 yaşlı qız...

23 İyun 2017 21:45 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 17 yaşlı İpək Gözəl adlı qız ticarət mərkəzinin üçüncü mərtəbəsində yemək yediyi oğlanla mübahisə edib. Bundan sonra o, özünü üçüncü mərtəbədən yerə atıb. Gənc qız təcili tibbi yardımla xəstəxanaya aparılsa da, orada ölüb. Onun mübahisə etdiyi gənc oğlan saxlanılıb.