17 yaşlı qız sirkə turşusundan zəhərləndi

23 İyun 2017 23:09 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyeva Ayşə Fazil qızı sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Yaxınlarının deməsinə görə, 17 yaşlı qız su ilə səhv salaraq az miqdarda sirkə turşusu içərək zəhərlənib.

AzNews.az