"Formula 1-in ən gözəl konserti bu olmalıdır" - Tarkan - Video

24 İyun 2017 11:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, konsert maraqlı anlarla yadda qaldı. Bakı üçün darıxdığını deyən Tarkan konsert zamanı fanatlarına müraciət edərək birlikdə bu konserti Formula 1 tarixində ən yaddaqalan etmək üçün kömək istədi:

"Mahnılarımı mənimlə birlikdə oxuyun. Formula 1-in ən gözəl konserti bu olmalıdır."

Konsert bitsə də tamaşaçıların istəyini yerinə yetirərək yenidən səhnəyə qayıdan Tarkan "Yolla" mahnısını bir daha səsləndirdi.

Fəridə Abdullayeva

AzNews.az