AzNews.az xəbər verir ki, artıq Formula 2 pilotlarının yarışına start verilib.
Bu gün həmçinin saat 14:00-15:00 arası Formula 1 pilotlarının ikinci sərbəst yürüşləri olacaq. 17:00-18:00 arası isə sıralama turu keçiriləcək.
Həmçinin Formula 1 yarışlarına bilet əldə edən tamaşaçılar bulvar ərazisində gün ərzində əylənə, ulduz pilotların avtoqraf sessiyasında iştirak edə bilər. Axşam isə saat 20:30-da dünyaca məşhur ulduzlar Nikol Şerzinger və The Black Eyed Peas qrupunun konserti baş tutacaq.
Fəridə Abdullayeva
AzNews.az