Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 15:32 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Conni Depp etdiyi zarafata görə Trampdan üzr istəyib. Dünyaca məşhur ulduz qatıldığı bir tədbirdə Trampı işarə edərək "Ən son nə vaxt bir aktyor tərəfindən bir prezidentə qarşı sui-qəsd təşkil edilib"-deyə sual verib. Tədbirdə hamı bu suldan təəccüblənib. 54 yaşlı ulduz "Prezident Trampla bağlı etdiyim zövqsüz zarafata görə üzr istəyirəm" deyib: "İstədiyim kimi olmadı. Pis bir şey demək istəməmişdim. Sadəcə əyləndirmək istəyirdim, heç kimi incitmək istəmədim".

Ağ Ev Deppin bu açıqlamasının üzücü olduğunu qeyd etmişdi.