İsrail Suriya qoşunlarına hava zərbəsi endirdi - 2 hərbçi öldü + Yenilənib

24 İyun 2017 20:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Əl-Mayadin" telekanalı yayıb. "Suriya ordusunun Colan Yüksəkliklərinin azad olunmuş hissəsindəki mövqelərindən birinə endirilən (İsrailin) hava zərbələri nəticəsində iki suriyalı hərbçi həlak olub", - deyə telekanal bildirib.

***

19:22

İsrail aviasiyası Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib.

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, hücum Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq edilib.

Hərbçilər mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər.

İsrail tərəfi itki verməyib.