Yaşayış binası yandı - Sakinlər təxliyyə edildi

24 İyun 2017 23:00 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin bir otağında 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.