Ərdoğan huşunu itirib

25 İyun 2017 10:06 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İstanbulda Memar Sinan məscidində olub. Ərdoğan bayram namazı ilə əlaqədar məscidi gəlib.

Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib.

AzNews.az