““NATO” ilə münasibətlərə yenidən baxmaq lazımdır” – Ərdoğan xəbərdarlıq etdi

25 İyun 2017 17:45 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Ərdoğan bunu bu gün İstanbulda Ramazan bayramı ilə bağlı keçirilən bayram tədbiri zamanı söyləyib.

“Əgər ABŞ PKK terror təşkilatının Suriya qolu “PYD/YPG” ilə birgə hərəkət edirsə, silah verirsə, o halda “NATO” ilə münasibətlərə yenidən baxmaq lazımdır. Necə ola bilər ki, “NATO”da müttəfiq olduğumuz bir ölkə terrorçu bir qruplaşma ilə birgə hərəkət edir” – deyə Ərdoğan qeyd edib.

Ərdoğan deyib ki, terrorçularla hərəkət edənlərin Türkiyə ilə bir cərgədə ola bilməyəcəyini bilməlisiniz:

“Türkiyədə dövlət çevrilişinə cəhd edən bir terror təşkilatının rəhbərini torpaqlarında saxlamaqla da münasibətlərə ziyan vururlar. ABŞ Fətullahçı Terror Təşkilatının liderini bizə niyə vermir? Bunu da anlamağınız lazımdır”.

Türkiyə prezidenti PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə sığınacaq verən Avropa ölkələrinin də yanlış yolda olduğunu vurğulayıb.

AzNews.az