AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonu, Qobustan qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:30-da başa çatıb.
AzNews.az