Terrorçular təhlükəsizlik qüvvələrinə hücum etdi - Ölən var

25 İyun 2017 21:19 (UTC+04:00)

AzNews.az “Report” istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az