Hikmət Hacızadə iranlı səfirə qarşı

12 Fevral 2013 14:43 (UTC+04:00)


"Əgər səfirin əlində faktlar varsa, o zaman onları ortaya qoymalıdır ki, biz də müzakirə edək. Ona görə də bu fikirlər hələ ki, boş söhbətdən başqa bir şeydir. Ortada hansısa fakt olmadığından bunula bağlı nəsə danışmaq çətindir".

Bunu AzNews.az-a siyasi şərhçi Hikmət Hacızadə İranın Azərbaycandakı səfirinin Türkiyəni "pantürkist"likdə ittiham etməsinə münasibət bidirərkən deyib. O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi İrana nota verməlidir:

"Bu gərginliyi artıran bir məsələdir. İranlı səfirin ittihamlarına Türkiyə Xarici İşlər Nazirliyi nota verməlidir: Gərək İran səfiri belə bir fikir səsləndirməyəydi. Digər bir tərəfdən də əsaslandığı faktları təqdim edəydi, ondan sonra müzakirə açaydı".

Gültəkin
AzNews.az