Bu barədə AzNews.az-a xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Onun sözlərinə görə Xalq artisti evdə dünyasını dəyişib: "Anam dünyasını dəyişdi. Dəfn mərasimi ilə məşğuluq".
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında dəfn olunacaq.
***
11:46
"Xalq artisti Qəndab Quliyevanın ölümü ilə bağlı yayılan məlumatlar yanlışdır".
Bu barədə AzNews.az-a Qəndab Quliyevanın oğlu Hafiz Həmidov məlumat verib. Onun sözlərinə görə, həkimlər xalq artistini artıq süni tənəffüs aparatından ayırıb: "Vəziyyəti ağır olaraq qalır. Hal-hazırda anamı evə aparırıq. Həkimlər belə məsləhət gördülər".
Bahar RÜSTƏMLİ
AzNews.az