Məscidə təhdid dolu məktub və oyuncaq göndərdilər

26 İyun 2017 18:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hollandiyanın Lahey şəhərindəki Əs-Soennah Məscidinin "Facebook" səhifəsindən paylaşılan bir yazıda məscidə özündə İslam əleyhinə ifadələr ehtiva edən bir təhdid məktubu və yanında oyuncaq yük maşını göndərildiyi bildirilib.

Gödərilən oyuncaq yük maşınının şəkilli paylaşılıb, şərhdə isə bildirilib ki məktubda deyilir: "Bir yük maşını məktəbə ya da məscidə dəyir. Bunu unutma!" və "Hər həftə ayrı bir avtomobilin sizə edəcəyi hücum oyanmanıza səbəb olacaq. Onun üçün çəkinin!".

Məscidin axundu Əbdulhamid Taheri, aldıqları təhdid ehtiva edən məktubun ürküdücü olduğunu və buna görə narahat olduqlarını bildirib. Bu təhdidlərin ilk dəfə olmadığını, ildə bir neçə dəfə buna bənzər təhdid aldıqlarını ifadə edən axund, "Əslində bu məktubu keçən həftə cümə günü aldıq, amma, bilərək bunu mətbuata bildirmədik. Ramazan ayı boyunca və bayramda məscidlərdə sıx bir izdiham var. Buna görə insanların qorxutmaq istəmədik",-deyə bildirib. Axund bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd edib.