80 tondan artıq istifadəyə yararsız Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı

27 İyun 2017 12:01 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu qanun pozuntuları arasında Azərbaycandan ümumi çəkisi 81,5 ton olan kartofda qızılı kartof nematodunun aşkar edilməsi faktı da yer alıb. Həmin məhsul təhlillərdən sonra ixracatçı ölkəyə, yəni Azərbaycana qaytarılıb.

Məlumatda qeyd edilir ki, aşkar edilmiş digər qanunpozuntuları ilə əlaqədar da istifadəyə yararsız məhsullar ixracatçı ölkələrə - Rusiya, Çin, Qırğızıstan və Özbəkistana geri qaytarılıb.