32 eldar şamı və sərv ağacı kəsildi, nazirlik polisə müraciət etdi (Foto)

27 İyun 2017 13:27 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şikayət nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.