Xalq artisti faciəli şəkildə ölən xalası oğlundan danışdı: “Parça-parça olub...”

27 İyun 2017 14:26 (UTC+04:00)

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların faciəvi şəkildə dünyasını dəyişən xalası oğlunun bu gün 40 mərasimidir. Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova bildirib.

Sənətkar hələ də bu dəhşətli faciənin şokunu yaşadığını deyib: “46 yaşında idi, iki balası vardı. Çox cavan idi. Başı aşağı işləyirmiş, Kamaz arxadan gəlib üstündən keçib. Parca-parca olub, bir başı ələ gəlib. Təcili Tibbi Yardım belə yaxın dura bilməyib. Ağır faciədir, Allah heç kəsə göstərməsin.”

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların xalası oğlu faciəvi şəkildə dünyasını dəyişib. Şəkidə fəhlə işləyən məşhurun qohumunun üstündən maşın keçib.

Bahar RÜSTƏMLİ

AzNews.az