Bayram günlərində yol qəzalarının dəhşətli statistikası- 10 nəfər öldü

28 İyun 2017 10:10 (UTC+04:00)

AzNews.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, iyunun 24-dən 28-dək respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 10 nəfər ölüb, 27 nəfər xəsarət alıb.