Bu mahnıya görə ermənilər azərbaycanlı müğənniyə toy tutdu – VİDEO

28 İyun 2017 11:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dəvətin əsas səbəbi isə ifaçının yeni “Dumdarum” adlı mahnısının həddindən artıq bəyənilməsidir.

Müğənninin sözlərinə görə, o, bu təklifdən imtina etsə də, xoşagəlməz vəziyyətlə üz-üzə gəldi.

- Mənimlə əlaqə saxlayaraq, məclislərinə gəlməyimi xahiş etdilər. Suallarıma cavab olaraq bildirildi ki, Mahaçqala şəhərində baş tutacaq toyun sahibləri ermənilərdir. Mən isə mədəni şəkildə rədd cavabı verdim və məni bir daha narahat etməmələrini xahiş etdim. Bundan sonra müxtəlif nömrələrdən qeyri-adekvat insanlar mənə mütəmadi olaraq zənglər etməyə başladılar. Buna görə nömrəmi dəyişməyə məcbur oldum, - deyə Nadia Mikayıl qeyd edib.