Gəncədə yaşayış binasının pilləkanında meyit tapılıb

28 İyun 2017 15:50 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Rövşən Göyçəyevin meyiti Dədə Qorqud yerləşən yeni yaşayış binasında aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində pilləkandan yıxılaraq öldüyü ehtimal edilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.