“Məndən gizlin əməliyyata getdi...” - Leylanın anası

28 İyun 2017 16:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sevinc xanım qızının ondan xəbərsiz əməliyyata getdiyini bildirib:

“Qızım ölümü ilə məni yandırdı. Məndən gizlin əməliyyata getdi, ürəyimə dağ çəkdi. Hələ ki, başım məclisə qarışıb, danışacaq halda deyiləm. Məclisi yola verəndən sonra hansı addım atacağımız barədə qərarımı bildirəcəm. Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək”.

Bu ayın 23-də ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girən model iki gün sonra böyrək çatışmazlığından dünyasını dəyişib.

Bu məqamda qeyd edək ki, bu, gənc qızın ilk plastik əməliyyatı olub.