Beynəlxalq koalisiyanın Suriyaya zərbələr endirdi- 50 dinc sakin öldü

28 İyun 2017 19:11 (UTC+04:00)

AzNews.az "report"a istinadən xəbər verir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər. ,

"SANA" agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar.