"Qəbələ" klubu şotlandiyalı futbolçunu icarəyə götürüb

28 İyun 2017 19:49 (UTC+04:00)

"Report"un “qırmızı-qaralar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey "Qlazqo Reyncers"dən 1 illik icarəyə götürülüb.

Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən orta sahə oyunçusu son iki mövsümdə bu komandanın formasını geyinib.

Qeyd edək ki, "Qəbələ" bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirib.