Maşın piyadanı vurdu

29 İyun 2017 11:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az