AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Fikri İşıq qətərli həmkarını paytaxt Ankarada qəbul edəcək.
Görüşdə tərəflər iyun ayının 5-dən etibarən Qətərə qarşı tətbiq olunan embarqolara dair müzakirələr aparacaqlar.
Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıblar.
Bəxtiyar Abbasov
AzNews.az