Terrorçuluq barədə yalan məlumat verən şəxs ruhi xəstə imiş

29 İyun 2017 16:08 (UTC+04:00)

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən K. Mikayılov özünü təqsirli bilməyib.

Məhkəmədə K. Mikaylovun ruhi xəstə olduğu və hazırda 2 saylı Klinik Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğu məlum olub.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

AzNews.az

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın zirzəmisinə "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K. Mikaylova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

AzNews.az